Samir Ələkbərov Ukrayna klubunda

Azərbaycanın U-21 millisinin sabiq baş məşqçisi Samir Ələkbərovun yeni iş yeri müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Ələkbərov Ukrayna Premyer Liqası təmsilçisi “Lvov” klubunda fəaliyyətə başlayıb. O, klubun baş məşqçisi Boqdan Blavatskinin fiziki hazırlıq üzrə köməkçisidir.

50 yaşlı mütəxəssis Azərbaycanın U-21 yığmasını çalışdırıb. O, “Neftçi”, “Xəzər Lənkəran” və “Sumqayıt” kimi klublarda isə köməkçi-məşqçi vəzifəsində olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right