"Barselona" yeni transferini rəsmən açıqladı

"Barselona" növbəti transferini açıqlayıb.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, kataloniyalılar "Real Betis"in sol cinah müdafiəçisi Junior Firponu transfer edib. İspaniyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

"Barselona" bu keçid üçün əndəlüsiyalılara 17 miyon avroluq ilkin təzminat ödəyib. Daha 8 milyon avro isə bonus şəklində ödənəcək. Ümumilikdə bu keçid kataloniyalılara 25 milyon avroya başa gəlib.

Dominikan əsilli ispaniyalı futbolçu 2014-cü ildən "Real Betis"də çıxış edirdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right