Fransa klubu Türkiyə millisinin üzvünü transfer etdi

Fransanın "Lill" klubu Türkiyənin "Trabzonspor" klubunun hücumameyilli yarımmüdafiəçisi Yusuf Yazıçını transfer edib.

Newsport.az-ın məlumatına görə, bu keçid üçün "bordo-mavililər"ə 17,5 milyon avro təzminat ödənilib. Bundan əlavə, Fransa klubu portuqaliyalı müdafiəçisi Edqar İeni 50 faizlik transfer hüququ ilə Qara dəniz təmsilçisinə verib. Yazıçının növbəti satışından trabzonlulara 20 faiz pay düşəcək. 

Türkiyə millisinin üzvü yaxın günlərdə Fransaya yollanacaq və tibbi müayinədən keçəcək.

22 yaşlı futbolçu "Trabzonspor"un yetirməsidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right