"Barselona" Koutinyonu icarəyə verir

Bu yay Antuan Qrizmann və Frenki de Yonq kimi bahalı transferlər gerçəkləşdirən "Barselona" Filippe Koutinyonun ayrılması ilə bağlı yeni variantlar axtarır.

Newsport.az-ın məlumatına görəbu barədə "Mundo Deportivo" yazıb.

İddiaya görə, heyətə düşməsi çətin görünən braziliyalının icarəyə verilmə ehtimalı var. Kataloniya klubunun rəhbərliyi 25-30 milyon avro kimi bir məbləğə onu göndərməyə hazırdı. Bundan başqa, Neymarın geri qaytarılma əməliyyatında da Koutinyodan istifadə edilməsi mümkündü.

Daha əvvəl "Barsa"nın futbolçunu 100 milyon avroya satmaq istədiyi bildirilmişdi.

Ötən mövsüm 54 matçda meydana çıxan Koutinyo 11 qol vurub, 5 məhsuldar ötürmə edib. Onun hazırkı klubu ilə müqaviləsi 2023-cü ilə qədərdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right