"Qarabağ"ın böyükhesablı məğlubiyyətini görən Massa

Çempionlar Liqasının III təsnifat mərhələsinin APOEL - "Qarabağ" matçını italiyalı FIFA referisi Davide Massa idarə edəcək.

Newsport.az-ın məlumatına görə, 38 yaşlı referinin Ağdam klubu ilə ikinci dəfə yolu kəsişəcək. İtaliyalı hakim ötən mövsüm Avropa Liqasının qrup mərhələsində keçirilmiş "Qarabağ" - "Arsenal" (İngiltərə) görüşünü idarə edib. Ağdamlıların 0:3 hesablı uduzduğu görüşdə Massa Maksim Medvedevə sarı vərəqə göstərmişdi.

Referi APOEL-in də daha öncə bir qarşılaşmasını idarə edib. O, Niksoiya təmsilçisinin 2015/16 mövsümündə ÇL-in II təsnifat mərhələsində "Vardar"la (Şimali Makedoniya) matçında (1:1) baş hakim olub.

FIFA referisi 2014/15 mövsümündə Bakı "İnter"inin (indiki "Keşlə") Avropa Liqasının II təsnifat mərhələsində "Elfsborq"la səfər qarşılaşmasını idarə edib. Sözügedən oyunda "İnter" 1-0 hesablı qələbə qazanmışdı. Massa meydan sahiblərinin 5, "İnter"in 2 futbolçusuna sarı vərəqə göstərmişdi.

Massa 42 beynəlxalq oyun idarə edib. O, bu qarşılaşmalarda 12 penalti təyin edib, 6 qırımızı, 162 dəfə isə sarı vərəqə göstərib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right