Həyat yoldaşının məmləkətini seçdi: "İnter"ə səhv etdiyini göstərməliyəm"

"İnter"də yeni baş məşqçi Antonio Kontenin planlarında yer almayan Raca Nainqqolan karyerasını sabiq klubu "Kalyari"də davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, 31 yaşlı futbolçu ilə bir illik icarə müqavilə imzalanıb. Belçikalı yarımmüdafiəçinin illik maaşı 4,5 milyon avro olacaq. "Kalyari" bu keçid üçün təzminat ödməyəcək. Oyunçunun məvacibinin bir qismini "İnter" qarşılamalı olacaq.

Ulduz futbolçunun ailəsi də Saridiniya bölgəsində yaşayır. Onun "Kalyari"yə dönməsinin əsas səbəbi həyat yoldaşı Klaudia Nainqqolanın xərçəng xəstəliyi ilə mübarizə aparmasıdır. Ailəsinin yanında olmaq istəyən ulduz futbolçu keçidi ilə bağlı bu sözləri deyib:

"Evimə döndüm, bir az çətin seçim etdim. "Kalyari"də yaxşı işlər görməyə çalışacam. Başqa səbəblər də var idi, ona görə də bura qayıtmaq asan oldu. İndi oyunuma köklənməli və məni göndərdiyi üçün "İnter"in səhv etdiyini göstərmək zamanıdır".

"Kalyari" futbolçu tibbi müayinədən keçirdikdən sonra transferi rəsmən açıqlayacaq.

"İnter" Nainqqolanı ötən yay "Roma"dan 38 milyon avroya transfer etmişdi. Belçika millisinin üzvü "göy-qaralar"da 36 oyuna 7 qol vurub, 3 assist edib. Təcrübəli oyunçu 2010-2014-cü illərdə "Kalyari"də çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right