"Qalatasaray"ın yeni transferinin əşyaları zibilliyə atıldı

İspaniyanın "Selta" klubu vingeri Əmrə Moru Türkiyənin "Qalatasaray" klubuna bir illik icarəyə verib.

Newsport.az-ın məlumatına görə, Viqo təmsilçisi 22 yaşlı vingerin əşyalarını yaşadığı evdən zibilliyə atıb. Bununla bağlı video və fotolar yayılıb.

"Selta" tarixinin ən bahalı transferi olan Əmrə daha çox intizamsız hərəkətləri ilə yadda qalıb. O, 4 dəfə əsas komandadan qovulmuşdu.

Viqolular türkiyəli futbolçunu 2017-ci ildə 14 milyon avroya "Borussiya"dan almışdı. "Qalatasaray" Əmrəni 600 min avro qarşılığında bir illik icarəyə götürüb.

 

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right