UEFA Super Kubokunun oyunu qadın hakimə həvalə edildi

UEFA Super Kubokunun "Liverpul" - "Çelsi" oyununu idarə edəcək hakim açıqlanıb.

Newsport.az-ın məlumatına görə, İstanbuldakı "Vodafone Park"da keçiriləcək oyunu fransalı qadın hakim Stefanie Frappart idarə edəcək. Yan xətt hakimləri Manuella Nikolosi və Mişel Onil olacaq. Dördüncü hakim funksiyasını türkiyəli Cüneyt Çakır yerinə yetirəcək.

UEFA-nın bayrağı altında keçirilən kişilərin oyunu ilk dəfə qadın referiyə həvalə edilib.

Avqustun 14-ü keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 23:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right