"Spartak" məşhur futbolçunun oğlunu transfer etdi

Rusiyanın "Spartak" klubu yeni transferini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, Moskva təmsilçisi İsveçin "Norrçöppinq" klubunun hücumçusu Cordan Larssonu transfer edib.22 yaşlı forvardla 3 illik müqavilə imzalanıb. Bu keçid üçün paytaxt təmsilçisi 4 milyon avrosundan keçib. Gənc oyunçunun illik maaşı 1,1 milyon avro olacaq.

Cordan İsveç futbolunun əfsanəsi olan Henrik Larssonun oğludur. 47 yaşlı veteran futbolçu "Feyenoord", "Seltik", "Barselona" və "Mançester Yunayted" kimi klublarda oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right