Əmrə Mor rəsmən "Qalatasaray"da

Türkiyənin "Qalatasaray" klubu növbəti transferini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi "Selta"nın vingeri Əmrə Moru bir illik icarəyə götürüb. Türkiyə millisinin üzvünün keçidi üçün Viqo təmsilçisinə 600 min avro təzminat ödənilib. "Sarı-qırmızılar" 8 milyon avro ödəyib, Əmrənin transfer hüququna sahib çıxa bilər. 22 yaşlı futbolçunun illik maaşı 725 min avro olacaq.

"Selta" türkiyəli futbolçunu 2017-ci ildə 14 milyon avroya "Borussiya"dan almışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right