"Liverpul" Lovreni "Roma"ya satır

Kostas Manolasın "Napoli"yə transfer olmasından sonra müdafiəçi axtarışlarını davam etdirən "Roma" "Liverpul"un stopperi Deyan Lovrenin adını siyahıda birinci sıraya yazıb.

Newsport.az-ın məlumatına görə, ötən mövsüm "qırmızılar"da az oynayan xorvatiyalı futbolçu İtaliya klubuna keçməyə hazırdır.

"Liverpul" daha öncə 30 yaşlı oyunçunun transferi üçün "Milan"dan 20 milyon avro tələb etmişdi. Ancaq "Roma" ilə yaxşı əlaqələri olan "mersisaydlılar" Lovreni 15 miylon avroya satmağa müsbət baxır.

Xorvatiya yığmasının üzvünün "Liverpul"la 2021-ci ilə qədər müqaviləsi mövcuddur. Lovren 2014-cü ildə 25,3 milyon avro qarşılığında "Sauthempton"dan transfer edilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right