Türkiyə klubu anlaşdığı futbolçudan imtina etdi

İngiltərənin "Kristal Pelas" klubundan ayrılan Bakari Sako Türkiyənin "Dənizlispor" klubu ilə anlaşmışdı.

Newsport.az-ın məlumatına görə, Super Liqa təmsilçisi Mali yığmasının üzvündən imtina edib. 31 yaşlı vingerin tibbi müayinə testlərinin cavabından sonra bu qərar verilib. Onun sol ayağında qırığa bənzəyən plantinlər aşkarlanıb.

Sako "Sent-Etyen", "Vulverhempton", "Vest Bromviç" kimi klublarda da çıxış edib. Malili oyunçu Dənizli təmsilçisi ilə bir illik razılıq əldə etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right