Boatenqin yeni klubu məlum oldu

Ötən mövsümün ikinci yarısını icarə əsasında "Barselona"da keçirən Kevin-Prins Boatenq karyerasını "Fiorentina"da davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, florensiyalılar 32 yaşlı hücumameyilli yarımmüdafiəçinin transferi üçün "Sassuolo"ya 1 milyon avro təzminat ödəyib. Qanalı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Boatenq "Herta", "Tottenhem", "Borussiya" (Dortmund), "Portsmut", "Milan", "Şalke", "Las Palmas", "Ayntraxt" (Frankfurt), "Sassuolo" və "Barselona" kimi klublarda çıxış edib.

 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right