"MY" və "Yuventus" Lukaku-Dibala mübadiləsini razılaşdırdı

"Yuventus"un forvardı Paulo Dibala "mankunian"ların hücumçusu Romelu Lukakunun əvəzində "Mançester Yunayted"ə keçidə yaxındır.

Newsport.az-ın məlumatına görə, bu barədə "Sky Italia"ya istinadən "Sky Sports" məlumat yayıb.

Mənbənin məlumatına görə, klublar transfer barədə prinsipial razılaşma əldə ediblər. Yekun sazişin imzalanması üçün Dibalanın "qırmızı şeytanlar"la müqaviləni razılaşdırması lazımdır.

Həmçinin bildirilir ki, "MY"nin baş məşqçisi Ule-Qunnar Sulşer transfer şayiələrinə münasibət bildirməkdən imtina edib.

"Mən digər komandaların oyunçuları barədə şayiə və spekulyasiyaları şərh etməyəcəyəm, lakin, bəli, biz bu günə qədər xatırlatdığım bir-iki futbolçunun transferi üzərində işləyirik.

Mövsümün başlamasına 10 gün qalıb və ola bilsin ki, biz komandamızda bir və ya iki yeni futbolçunu sizə təqdim edə bildik", - deyə "Sky Sports" Sulşerin sözlərini sitat gətirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right