Pavel Nedved Dibalanın "Yuventus"dakı gələcəyindən danışdı

"Yuventus"un vitse-prezidenti Pavel Nedved komandanın hücumçusu Paulo Dibalanın gələcəyi barədə danışıb.

Newsport.az-ın məlumatına görə, sabiq çexiyalı futbolçu argentinalı futbolçuya təkliflər gəldiyini deyib:

"Paulo Dibalaya təkliflər və maraqlanan klublar var. Ancaq qərar vermək üçün sakit şəkildə gözləyəcəyik. Romelu Lukaku və digər futbolçularla bağlı açıqlama vermək istəmirəm. Ardıcıl 8 dəfə çempionluq yaşadıq, güclü komanda olduğumuzu düşünürük. Transfer pəncərəsi açıqkən heyətimizi gücləndirməyə çalışır".

Argentina millisinin üzvünün "Yuventus"la müqaviləsi 2022-ci ildə başa çatacaq. 25 yaşlı futbolçu ötən mövsüm 41 oyuna 10 qol vurub, 6 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right