Eddi İsrafilov "Alkorkon"a lazım olmadı

Azərbaycan millisinin üzvü Eddi Silvestr Paskual İsrafilov İspaniya Sequndasında çıxış edən "Alkorkon" klubundan ayrılmağa hazırlaşır.

Newsport.az-ın məlumatına görə, Anqola əsilli futbolçu komandanın baş məşqçisi Fran Fernandesin gələcək planlarına daxil deyil.

26 yaşlı futbolçu komandanın təlim-məşq toplanışına aparılmayıb. Onun xidmətində Sequndanın digər təmsilçisi "Albasete" maraqlıdır.

İsrafilov 2018-ci ildən "Alkorkon"da çıxış edir. Onun müqaviləsinin başa çatmasına bir il qalıb. Eddi ötən mövsüm Sequndada 29 oyuna (2347 dəqiqə) 1 qol vurub, 16 sarı vərəqə alıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right