Dmitri Nazarov: "Hakimin qolu ləğv edəcəyini düşündüm"

Almaniya II Bundesliqasının birinci turunda səfərdə "Qroyter"i 2:0 hesbaı ilə məğlub edən "Aue"nin yarımmüdafiəçisi Dmitri Nazarov açıqlama verib.

Newsport.az-ın məlumatına görə, oyunda ilk qolun müəllifi olan Azərbaycan millisinin üzvü fikirlərini bölüşüb:

"Mövsümün ilk oyununda qol vurdum, daha yaxşı şey ola bilər? Öz üzərimdə çalışımağa davam edəcəm. Çünki ötən mövsüm oynadığım dəqiqələr az idi. Start heyətdə yerimi qazanmaq istəyirəm. İstirahətim uzun çəkmədi. Mövsüm başa çatan kimi üç həftə Azərbaycan millisinin heyətində oldum".

29 yaşlı futbolçu qol epizodu ilə bağlı bunları deyib:

"Topu qəbul edərkən rəqibin cərimə meydançasında çox vaxtım yox idi. VAR sistemi bir müddət qolun üzərində dayandı. Nəyə baxdıqlarını bilmirəm, qolun ləğv olunacağını da düşündüm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right