"Dundalk"ın iki oyunu təxirə salındı "Qarabağ"a görə

"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Dundalk"ın iki oyunu təxirə salınıb.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, iyulunda 31-də Bakıda "Qarabağ"la cavab oyununa çıxacaq paytaxt təmsilçisinin İrlandiya çempionatında "Sliqo Rovers" və ölkə kubokunda "Dublin"lə matçlarının vaxtı dəyişdirilib. Müvafiq olaraq, avqustun 3-ü və 5-də keçirilməsi nəzərdə tutulan görüşlərin hansı tarixdə oynanılacağı ilə bağlı isə məlumat verilməyib.

Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Dundalk" oyunu yerli vaxtla 21:00-da başlaycaq. Komandalar arasında Dublindəki ilk matçda heç-heçə qeydə alınıb - 1:1.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right