Emil Balayevin səhvi bağışlanmadı

Qazaxıstan Premyer Liqasının 20-ci turuna yekun vurulub.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" evdə "Kaisar"a 0:2 hesabı ilə uduzub.

Emil oyuna start heyətdə başlayıb və sonadək meydanda olub. 25 yaşlı əlcək sahibi ikinci qol zamanı kobud səhvə yol verib.

Premyer Liqanın turnir cədvəlinə 41 xalla "Astana" başçılıq edir. "Tobol" 39 xalla 2-cidir. 34 xalı olan "Kaisar" 5-ci pillədə qərar tutub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right