Xedira "Arsenal"la müqavilə imzalamaq üçün Londonda

"Yuventus"un yarımmüdafiəçisi Sami Xedira "Arsenal"a transfer olmağa yaxındır.

Newsport.az-ın məlumatına görə, Almaniya millisinin üzvü "topçular"ın "Emreyts" stadionunda "Lion"la keçirdiyi yoxlama görüşünü tribunadan izləyib.

Adrien Rabyö və Aaron Remzinin transferlərindən sonra "Yuventus"dan ayrılmağa qərar verən futbolçunun London klubu ilə anlaşmağa yaxın olduğu bildirilir.

"Ştutqart" akademiyasının yetirməsi 2010-cu ildə Madrid "Real"ına, 2015-ci ildə isə "Yuventus"a transfer olmuşdu. 32 yaşlı yarımmüdafiəçi ötən mövsüm Turin klubunda 17 oyuna 2 qol vurub.

 

The Juventus star has less than two years left on his contract and has been linked with a move





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right