"Milan" Braziliyadan futbolçu aldı

İtaliyanın "Milan" klubu növbəti transferini reallaşdırıb.

Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar" Braziliyanın "Flamenqo" klubunun müdafiəçisi Leo Duarteni transfer edib. Bu keçid üçün Milan təmsilçisi 11 milyon avro təzminat ödəyib. 23 yaşlı mərkəz müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. Braziliyalı futbolçunun illik maaşı 1,2 milyon avro olacaq.

Transferin tezliklə rəsmən açıqlanacağı gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right