Ayaz Quliyevli "Spartak" debütanta uduzdu

Rusiya Premyer Liqasında üçüncü turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, "Spartak" səfərdə debütant "Tambov"a 0:2 hesabı ilə uduzub.

"Spartak"ın Azərbaycan əsilli futbolçusu Ayaz Quliyev oyuna start heyətdə başlayıb və fasilədə əvəzləib. 22 yaşlı yarımmüdafiəçi 3-cü dəqiqədə sarı vərəqə alıb.

"Spartak" 3 turdan sonra 4 xal toplayıb. "Tambov" isə ilk xallarını qazanıb.

 

"Tambov" - "Spartak" - 2:0

Qollar: Sedrik Qoqua, 29, Soslan Takazov, 69

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right