"Vulverhempton" "Real"ın futbolçusunu icarəyə götürdü

İspaniyanın "Real" klubu müdafiəçisi Xesus Valyexonu icarəyə verib.

Newsport.az-ın məlumatına görə, 22 yaşlı müdafiəçi karyerasını İngiltərə Premyer Liqa təmsilçisi "Vulverhempton"da davam etdirəcək. Klub saytı ispaniyalı futbolçunu bir illik icarəyə götürdüyünü açıqlayıb.

İspaniyanın aşağı yaş qruplarından ibarət milli komandalarında çıxış etmiş futbolçu 2015-ci ildə "Saraqosa"dan "Real"a 6 milyon avro qarşılığında keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right