Azarkeşlər Ronaldonu fitə basıb, “Messi” dedilər

“Yuventus” Cənubi Koreya çempionatının “ulduzları” ilə yodaşlıq oyununda üz-üzə gəlib.

Newsport.az-ın məlumatına görə, Seulda keçirilənn görüşü 60 mindən çox azarkeş izləyib.

Turin klubunun hücumçusu Kriştiano Ronaldo sonadək meydana çıxmayıb. Baxmayaraq ki, əvvəlcə oyunun təşkilatçıları portuqaliyalının ən azı 45 dəqiqə oynayacağını bildirib. Azarkeşlər buna etirazını bildirib. İkinci hissədə Ronaldonun şəkli tabloda görünəndə isə onu fitə basıblar.  

Nəhayət, azarkeşlər Ronaldonun meydana çıxmayacağını başa düşəndə “Messi” şüarı səsləndiriblər.

Qeyd edək ki, görüş 3:3 hesabı ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right