"Mançester Yunayted" Milinkoviç-Saviçi transfer edir

"Mançester Yunayted" "Latsio"nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviçi transfer etməyə hazırlaşır.

Newsport.az-ın məlumatına görə, "qırmızı şeytanlar" bu keçid üçün Roma klubuna 75+15 milyon avro təklif edib. Futbolçunun agenti Mateya Kejman isə bu keçiddən 10 milyon avro zəhmət haqqı götürəcək. Ancaq "Latsio" məbləği bir qədər də artırıb, daha çox təzminat almaq istəyir.

Mateya Kejman transfer danışıqları üçün Londona yollanıb. Danışıqlar böyük ölçüdə həllini tapıb. Mançester təmsilçisi 75 milyon avro təzminat ödəyəcək. Daha 15 milyon avro isə bonuslar şəklində nəzərdə tutulub. Kejmana da transferdə vasitəçi olduğu üçün 10 milyon avro ödəniləcək. Ümumilikdə isə bu transfer "Mançester Yunayted"ə 100 milyon avroya başa gəlir. "Latsio" hazırda bonuslar bəndini müzakirə edir.

"Latsio" 24 yaşlı futbolçunu 2015-ci ildə "Genk"dən transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right