"Barselona"dan ayrılan futbolçu Yaponiya klubunda

Bu yay "Barselona" ilə müqaviləsi başa çatan Tomas Vermalenin yeni klubu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, 33 yaşlı müdafiəçi karyerasını "Vissel Kobe"də davam etdirəcək. Bu barədə Yaponiya klubunun saytı məlumat yayıb. O, yeni klubunda 4 nömrəli forma geyinəcək.

Qeyd edək ki, "Vissel Kobe"də belçikalı oyunçunun sabiq komanda yoldaşı Andres İnyesta və David Vilya oynayır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right