"Neftçi"nin rəqibi "Spartak"ın futbolçusunu icarəyə götürdü

Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Rusiyanın "Arsenal" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görəTula təmsilçisi Moskva "Spartak"ının yarımmüdafiəçisi Aleksandr Lomovitskini icarə əsasında heyətinə qatıb. 20 yaşlı oyunçu növbəti mövsümü bu komandada keçirəcək.

"Arsenal"la "Neftçi" arasında səfərdə keçirilən ilk oyunda Azərbaycan təmsilçisi minimal hesablı qələbə qazanıb. Komandalar arasında cavab matçı avqustun 1-də Bakıda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right