"Bayern" Leroy Saneyə qovuşur

Almaniyanın "Bayern" klubu "Mançester Siti"dən Leroy Saneni transfer etmək üçün növbəti addımı atıb.

Newsport.az-ın məlumatına görə, Münhen təmsilçisi "şəhərlilər"in tələb etdiyi 100 milyon avronu ödəməyə razılaşıb. Klubun idman direktoru Hasan Salihamdziç Mançester təmsilçisi və futbolçu ilə danışıqlarda müsbət sonluq əldə edib.

"Mançester Siti" Maliyyə Feyr-Pley qaydalarına görə, 23 yaşlı vingeri satmağa məcbur olub. Transferin növbəti həftə rəsmiləşəcəyi gözlənilir.

"Mançester Siti" Almaniya millisinin üzvünü 2016-cı ildə "Şalke"dən 50,5 milyon avroya transfer etmişdi. Sane ötən mövsüm 47 oyuna 16 qol vurub, 18 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right