Məsut Özilə Londonda bıçaqlı hücum

“Arsenal”ın futbolçusu Məsut Özil Londonda bıçaqlı hücuma məruz qalıb.

Newsport.az-ın məlumatına görə, hadisə zamanı Özil həyat yoldaşı Amine Gülşe Özil və komanda yoldaşı Sead Kolaşinaça birgə olub.

Motosiklet kaskı geyinmiş naməlum şəxs restorandan çıxıb avtomobilinə minmək istəyən Özilə bıçaqla hücum edib. Bu zaman o, qapılarını bağladığı avtomobilini yaxınlıqda olan türklərin çalışdırdığı bir restorana sürərək kömək istəyib. Avtomobildən düşən Kolaşinaç isə soyğunçunu zərərsizləşdirməyə çalışıb.  Restoranda çalışanların çölə çıxmağından sonra soyğunçu həm futbolçulardan, həm də Məsutun avtomobilindən heç bir qənimət götürə bilmədən hadisə yerindən uzaqlaşıb.
 
Hadisə yerinə dərhal polis çağırılıb. London polisi insidentlə bağlı araşdırma aparır. Hücumun soyğunçuluq məqsədilə edildiyi ehtimal olunur.

Hadisə zamanı futbolçuların heç biri yaralanmayıb.



 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right