Məşhur futbolçunun oyun zamanı ayağı qırıldı

Braziliyanın "Flamenqo" klubunun yarımmüdafiəçisi Dieqo Ribas ciddi zədə alıb.

Newsport.az-ın məlumatına görə, 34 yaşlı futbolçunun Kopa Libertadoresin "Emelek"lə (Ekvador) keçirilən matçda ayağı qırılıb. Təcrübəli futbolçu 70-ci dəqiqədə ikili mübarizə zamanı ağır xəsarət alıb.

"Flamenqo"nun baş məşqçisi Marsio Tannure oyunçunun dərhal əməliyyat ediləcəyini deyib.

Dieqo ən azı bir mövsüm futbol oynamayacaq. Onun karyerasını başa vuracağı ehtimalı var.

"Santos"un yetirməsi "Portu", "Verder", "Yuventus", "Volfsburq", "Atletiko" (Madrid) və "Fənərbaxça" kimi klublarda çıxış edib. Dieqo Ribas 34 dəfə Braziliya millisində oyuna çıxıb və 4 qol vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right