Lorius Kariusdan Şenol Günəşə: "On ay ərzində mənimlə bir dəfə danışdı"

Avstriyada təlim-məşq toplanışında olan "Beşiktaş"ın qapıçısı Loris Karius jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, almaniyalı qapıçı "Beşiktaş"dan ayrılmaq istəmədiyini bildirib:

"Mən klubla iki illik müqavilə imzalamışdım. Ötən mövsüm bəzi məyus olduğum dönəmlər oldu. İndi özümü xoşbəxt hiss edirəm. İndi yeni məşqçi heyəti ilə çalışırıq. Bu da mənim üçün böyük şansdır. Əsas hədəfim liqa çempionu olmaqdır. Avropada da son nəticəmizi yaxşılaşdırmaq istəyirik. Başqa bir şey düşünmürəm".

26 yaşlı qolkiper komandanın keçmiş baş məşqçisi Şenol Günəş barədə də danışıb. O, mütəxəssislə aralarında soyuq münasibət olduğunu deyib:

"Bəzi oyunlarda fitə basılırdım. Baş məşqçimiz Şenol Günəş də mənim barədə mətbuat konfransında açıqlama vermişdi. Onun yerində olsaydım, birbaşa futbolçuyla söhbət edərdim. O, mənim üçün motivasiya mənbəyi olmayıb. Şenol Günəş on ay ərzində mənimlə bir dəfə danışdı. O da 3:2 hesablı qələbə qazandığımız matçdan sonra idi. İndi yeni bir çağırışa hazırlaşıram".

Loris Karius müqavilə ilə "Liverpul"a məxsusdur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right