Daha bir məşhur futbolçu Yaponiya klubunda

İspaniyanın "Barselona" klubundan ayrılan Tomas Vermalenin yeni klubu bəlli olub.

Newsport.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, belçikalı mərkəz müdafiəçisi karyerasını Yaponiyada davam etdirəcək. 33 yaşlı futbolçu yüksək liqa təmsilçisi "Vissel Kobe"yə transfer olub. Təcrübəli oyunçu iki illik müqavilə imzalamaq üçün Yaponiyaya yollanıb.

"Vissel Kobe"də Andres İnyesta, Serji Samper, Lukaş Podolski və David Vilya da çıxış edir.

Vermalen 2014-cü ildə "Arsenal"dan "Barselona"ya keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right