"Barselona"dan ayrılan futbolçu "Beşiktaş"da

Türkiyənin "Beşiktaş" klubu növbəti transferini həyata keçirib.

 

Newsport.az "TRT Spor"a istinadən xəbər verir ki, İstanbul klubu "Barselona" ilə müqaviləsi başa çatan braziliyalı müdafiəçi Duqlasla anlaşıb. Azad agent statusu ilə transfer edilən 28 yaşlı futbolçuyla 3 illik müqavilə imzalanıb. Futbolçunun illik maaşı 800 min avro olacaq.

 

Duqlas ötən mövsümü icarə əsasında "Sivasspor"da keçirmişdi. O, "Barselona", "Sportinq" (Xixon) və "Benfika" klublarında da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right