Premyer Liqa klubu "Kasımpaşa"nın futbolçusunu transfer etdi

İngiltərə Premyer Liqa təmsilçisi "Aston Villa" klubu yeni transferini açıqlayıb.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, Birmingem təmsilçisi Türkiyə "Kasımpaşa"sının yarımmüdafiəçisi Mahmud Trezegeni transfer edib. Bu keçid üçün İstanbul klubuna 8,75 milyon funt-sterlinq ödənilib. Misir millisinin üzvüylə 4,5 illik müqavilə imzalanıb.

24 yaşlı futbolçu 2017-ci ildə "Anderlext"dən "Kasımpaşa"ya keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right