"Zirə"dən ayrılan futbolçu Çexiya klubunda

Ötən mövsümün sonunda "Zirə"dən ayrılan Miloş Radivoyeviçin yeni klubu bəlli olub.

Newsport.az-ın məlumatına görə, serbiyalı sol cinah müdafiəçisi karyerasını Çexiyada davam etdirəcək. Radivoyeviç yüksək liqa təmsilçisi "Slaven Belupo"ya transfer olub. Klub saytı müqavilənin detallarını açıqlamayıb.

Daha öncə "Neftçi"dən ayrılan Qoran Paratski də "Slaven Belupo"ya keçmişdi.

29 yaşlı müdafiəçi ötən mövsüm "Zirə"də 21 oyuna 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right