"Bayern"in yeni transfer hədəfi

"Bayern" Aryen Robbenlə Frank Riberinin ayrılığından sonra hücumun cinahına futbolçu axtarışını davam etdirir.

Newsport.az-ın məlumatına görə, "Mançester Siti"dən Leroy Saneni transfer edə bilməyən Münhen təmsilçisi bu dəfə "Kristal Pelas"ın vingeri Uilfried Zahaya göz dikib. Almaniya çempionunun Fil Dişi Sahili millisinin üzvü üçün təklif göndərməyə hazırlaşdığı bildirilir.

Daha öncə "Kristal Pelas" Arsenal"ın 26 yaşlı futbolçu üçün göndərdiyi 45 milyon avroluq təklifə rədd cavabı vermişdi. London klubu "topçular"dan 90 milyon avro istəmişdi.

Zaha ötən mövsüm Premyer Liqada 36 oyuna 10 qol vurub, 10 assist etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right