İbrahim Şehiç Zaqreb "Dinamo"suna keçir?

"Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç Türkiyənin "Ərzurumspor" klubundan ayrılmağa qərar verib.

Newsport.az-ın məlumatına görə, bosniya və herseqovinalı qapıçı komandanın Super Liqanı tərk etməsinə görə belə qərar verib. Məlumat görə, 30 yaşlı qolkiper Xorvatiyanın "Dinamo" klubunun transfer hədəfindədir. 24 yaşlı qapıçısı Dominik Livakoviçi Fransanın "Monpelye" klubuna 9 milyon avroya satan Zaqreb təmsilçisi boşluğu Şehiçlə doldurmağı planlaşdırır.

Bundan əlavə, Türkiyənin "Kayserispor" klubu da Bosniya və Herseqovina yığmasının üzvü ilə maraqlanır.

Şehiç 2013-2018-ci illərdə “Qarabağ”da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right