"Barselona"dan sürpriz transfer planı

"Everton", "Sevilya" və "Arsenal"ın transfer hədəfində olan "Yuventus"un hücumçusu Moyze Kinlə maraqlanan daha bir klub bəlli olub.

Newsport.az-ın məlumatına görə, Luis Suaresə alternativ axtaran "Barselona" italiyalı hücumçuyla maraqlanmağa başlayıb. Məlumata görə, kataloniyalılar 19 yaşlı forvard üçün təklif göndərməyə hazırlaşır.

"Yuventus" Kini 30 milyona avroya satmağa hazırdır. Lakin Turin təmsilçisi müqaviləyə 40 milyon avro ödəyib, geri almaqla bağlı şərt qoymaq istəyir.

Gənc futbolçunun "Yuventus"la 2020-ci ilə qədər müqaviləsi var. Kin ötən mövsüm 17 oyuna 7 qol vurub, 1 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right