"Yuventus" Dibalanın transfer qiymətini müəyyənləşdirdi

"Yuventus" "Mançester Yunayed"lə PSJ-nin transfer hədəfində olan Paulo Dibalanın təzminat qiymətini müəyyənləşdirib.

Newsport.az-ın məlumatına görə, Turin təmsilçisi bu keçid üçün 100 milyon avro tələb edir. 100 milyon avronun 20 milyonu bonuslar şəklində şərt qoyulub.

Neymarla yolları ayırmağı planlaşdıran PSJ Dibalanı alternativ kimi görür. Paris təmsilçisi bu keçid üçün 50 milyon avro ayırıb.

Argentinalı hücumçunun "Yuventus"la müqaviləsi 2022-ci ildə başa çatacaq. 25 yaşlı futbolçu ötən mövsüm 41 oyuna 10 qol vurub, 6 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right