126 milyonluq transfer zədələndi

"Atletiko"nun "Benfika"dan 126 milyon avroya transfer etdiyi Joau Feliş "Numansiya" ilə yoxlama oyununda zədələnib.

Newsport.az-ın məlumatına görə, 19 yaşlı hücumçu Madrid klubundakı debüt matçının 27-ci dəqiqəsində xəsarət alıb. Ağrılar hiss edən portuqaliyalı futbolçunu baş məşqçi Dieqo Simeone əvəzləyib.

Felişin durumuna yaxın günlərdə aydınlıq gələcək. Portuqaliya millisinin üzvünün durumunun ciddi olmadığı bildirilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right