"Benfika" Vinisiusu transfer etdi

Portuqaliyanın "Benfika" klubu yeni transferini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, Lissabon klubu "Napoli"nin hücumçusu Karlos Vinisiusu transfer edib. Bu keçid üçün neapollulara 17 milyon avro təzminat ödənilib. 24 yaşlı futbolçu ilə 2024-cü ilə qədər müqavilə imzalanıb. Braziliyalı oyunçunun sərbəst qalma dəyəri 100 milyon avro təyin olunub.

Karlos Vinisius ötən mövsümün ikinci yarısını icarə əsasında "Monako"da keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right