Klub prezidenti De Rossinin transferini təsdiqlədi

"Roma"dan ayrılan Daniele De Rossi karyerasını Argentinanın "Boka Xuniors" klubunda davam etdirəcək

Newsport.az-ın məlumatına görə, klub prezidenti Daniel Anxelisi transferi yekunlaşdırdıqlarını bildirib:

"De Rossinin 99 faiz "Boka Xuniors" formasını geyinəcəyini söyləyə bilərəm. Artıq bu transferi həll etdik. İdman direktorumuz Nikolas Burdisso onunla uzun müddət danışdı. De Rossi yaxın günlərdə müqavilə imzalamağa gələcək".

35 yaşlı yarımmüdafiəçi "Boka Xuniors"la 8 aylıq müqavilə imzalayacaq. Təcrübəli oyunçu bu müddətdə 500 min avro maaş alacaq.

De Rossi "Boka Xuniors"un idman direktoru Burdisso ilə "Roma"da birgə oynayıb

İtaliyalı futbolçu 2000-ci ildən "Roma"da çıxış edirdi. İtaliyalı futbolçu "canavarlar"da 615 oyun keçirib və bu klub tarixində Françesko Tottidən sonra ikinci ən yaxşı göstəricidir.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah