Afrikanın ən güclüsü məlum oldu

Afrika Millətlər Kubokunun qalibi bəlli olub.

Newsport.az-ın məlumatına görə, Misirdə keçirilən turnirin final matçında Əlcəzairlə Seneqal yığmaları qarşılaşıb. Oyunun taleyini bir qol həll edib. Qarşılaşmanın ikinci dəqiqəsində hesabı açan Əlcəzair millisi üstünlüyü sona qədər qoruyub və matçda qallib ayrılıb.

Bu, Əlcəzairin ikinci çempionluğu olub. Komanda sonuncu dəfə 1990-cı ildə Afrikanın ən güclüsü olub.

Afrika Millətlər Kubokunu ən çox Misir qazanıb (7 dəfə). Kamerunun 5, Qananın 4, Nigeriyanın 3 çempionluğu var.

Seneqal - Əlcəzair - 0:1

Qol: Baqdad Bundejah, 2

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right