"Ayaks" De Liqtin əvəzinə meksikalı müdafiəçi aldı

Hollandiyanın "Ayaks" klubu yeni transferini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, Amsterdam təmsilçisi Matteis de Liqtin "Yuventus"a transferindən sonra müdafiə xəttində yaranan boşluğu Meksika millisinin üzvü Edson Alvareslə doldurub. 21 yaşlı futbolçuyla 5 illik müqavilə imzalanıb. Bu keçid üçün "Ayaks" Meksikanın "Amerika" klubuna 15 milyon avro təzminat ödəyib.

Alvares "Amerika"nın yetisməsidir. Gənc oyunçu 2017-ci ildən Meksika millisində oynayır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right