"Monako" Falkaonun alternativini tapdı

Fransanın "Monako" klubu "Milan"ın hücumçusu Andre Silvanı transfer etməyə çalışır.

Newsport.az-ın məlumatına görə, Milan təmsilçisi "Atletiko"dan Anxel Korreanı transfer etmək üçün Silvanı "Monako"ya satmağa qərar verib.

Bundan əlavə, "Milan" digər hücumçusu Patrik Kutroneni "Vulverhempton"a sata bilər. "Qırmızı-qaralar" iki futbolçunun satışınında 55 milyon avro gəlir əldə etməyi planlaşdırır.

"Monako" Andre Silva ilə danışıqlar aparır. Portuqaliya millisinin üzvünün transferi tezliklə reallaşa bilər.

Əvəzində isə Radamel Falkao "Monako"nu tərk edəcək. Kolumbiyalı hücumçunun adı son günlər "Qalatasaray"la hallanır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right