Yurgen Klopp: "Hər kəs bizdən 200-300 milyonluq transferlər gözləyir"

"Liverpul"un baş məşqçisi Yurgen Klopp klubun saytına açıqlama verib.

Newsport.az-ın məlumatına görə, almaniyalı mütəxəssis klubun transfer siyasətindən danışıb:

"Daha öncə də demişdim ki, bu yay bizim ən böyük transfer mövsümümüz olmayacaq. Ötən iki ildə böyük yatırımlar etmişik. Hər mövsüm çox pul xərcləmək olmaz. Hər kəs bizdən 200-300 milyonluq transferlər gözləyir. Bunu bacara biləcək 1-2 klub var ki, onlar da "Barselona" və "Real"dır. "Mançester Siti" və PSJ də bunu hər il edir".

Klopp bu yay futbolçu transfer etməmələrində problem görmədiyini söyləyib:

"Mən burada problem görmürəm. Komandada xoşbəxtik. Yalnız bir mövqeyə transfer ola bilər. Ancaq bu, şərt deyil. Hər şeyə qarşı alternativlərimiz var".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right