"Barselona" müdafiəçisini icarəyə verdi

"Barselona" sağ cinah müdafiəçisi Mark Kukurelyanı icarəyə verib.

Newsport.az-ın məlumatına görə, 20 yaşlı futbolçu karyerasını "Xetafe"də davam etdirəcək. Klub saytının məlumatına görə, ispaniyalı oyunçu ilə bir illik müqavilə imzalanıb. Madrid təmsilçisi Kukurelyanı 6 milyon avroya transfer etmək hüququna malikdir. Bu reallaşsa, növbəti satışdan "Barselona" 40 faiz pay götürəcək.

Kataloniya klubu yetirməsini bir müddət öncə "Eybar"dan 4 milyon avroya geri qaytarmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right