"Dinamo" Ramil Şeydayevə rəqib axtarır

Rusiyanın "Dinamo" klubu hücumçu transferi üçün axtarışdadır.

Newsport.az-ın məlumatına görə, Moskva təmsilçisi Fransanın "Marsel" klubunun hücumçusu Klinton Njeni transfer etmək istəyir. Liqa 1 təmsilçisi bir illik müqaviləsi qalan kamerunlu hücumçunu ən azı 5 milyon avroya satmağa hazırdır. Xəbərdə tərəflərin danışıqlar apardığı vurğulanıb.

Ancaq 25 yaşlı forvard Çindən astronomik təklif alıb. Buna görə də Klinton "Dinamo"nun təklifini qəbul etməyə bilər.

Bundan əlavə, "Dinamo"nun idman direktoru Oreşçuk Almaniya II Bundesliqa təmsilçisi "Ştutqart"ın hücumçusu Anastasios Donisin transferi üçün qarşı tərəflə danışıqlar aparıb. "Ştutqart" 22 yaşlı forvard üçün 15 milyon avro tələb edir. "Dinamo" isə II Bundesliqaya düşən klubun endirim etməsi üçün çalışır.

"Ştutqart" Yunanıstan millisinin üzvünü 2017-ci ildə "Yuventus"dan 4 milyon avroya transfer edib.

Donis ötən mövsüm Bundesliqada 22 oyuna 5 qol vurub, 2 assist edib.

Azərbaycan millisinin üzvü Ramil Şeydayev "Dinamo"da çıxış edir. 23 yaşlı hücumçu Rusiya Premyer Liqasının 1-ci turunda "Arsenal"la görüşdə moskvalıların heyətində debüt edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right