"Real"ın sabiq futbolçusu Yunanıstan klubunda

Yunanıstanı Çempionlar Liqasında təmsil edəcək PAOK klubu növbəti transferini reallaşdırıb.

Newsport.az-ın məlumatına görə, Saloniki təmsilçisi Portuqaliyanın "Riu Ave" klubunun sol cinah müdafiəçisi Fabiu Koentraunu transfer edib. 31 yaşlı futbolçu tibbi müayinədən keçib, müqavilə imzalamaq üçün Yunanıstana yollanıb. Portuqaliyalı futbolçu PAOK-a azad agent statusu ilə keçib.

Koentrau "Benfika", "Real", "Monako", "Sportinq" kimi klublarda çıxış edib. Müdafiəçi Portuqaliya yığmasında 52 oyuna 5 qol vurub.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah