Azərbaycan millisinin üzvü Avstriya klubunda

Almaniya II Bundesliqa təmsilçisi "Bohum" Azərbaycanın U-21 millisinin üzvü Barış Ekincieri icarəyə verib.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi karyerasını Avstriyada davam etdirəcək. Barış II Liqada çıxış edən "Austriya Klaqenfurt" klubu ilə bir illik müqavilə imzalayıb.

Almaniyada doğulan gənc futbolçu 2017-ci ildə "Rot-Vaiss" klubundan "Bohum"a keçmişdi. Barış Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında çıxış edib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah